Dövlət Şəhərsalma və Arxitektura Komitəsi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məsxus olan "Improtex Motors" MMC ilə 115.500 AZN-lik müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, sabiq nazirin şirkəti komitənin "Xidməti minik avtomobilinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi olub.
Bildirək ki, "Improtex Motors" MMC-nin niamnamə kapitalı 5325 AZN-dir. Şirkət 04.04.1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir.
Ayxan