DÜNYA ÖZ XƏBƏR

Aİ-dən atəşkəs razılaşması ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı İsrail-Fələstin münaqişəsində indiki mərhələdə atəşkəsə çağırmayacağını açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano mətbuat konfransında məlumat yayıb. 

Bunun səbəbinin HƏMAS-ın İsrailə qarşı hücumlarını davam etdirməsi olduğunu bildirən Stano, HƏMAS-ın hücumları davam etdirməklə yanaşı, 200-dən çox girov saxladığını bildirib:

"HƏMAS-ın İsrailə hücumu davam edir. Bu halda Aİ-nin hazırkı mövqeyi ondan ibarətdir ki, biz İsrailin tərəfindəyik və İsrailin terror hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Bunun beynəlxalq humanitar hüquq çərçivəsində edilməsi lazım olduğunu vurğulayırıq".

Aysel Şirinova

 

Oxşar Xəbərlər