"Kanada hökuməti müttəfiqləri ilə Qəzza zolağına humanitar yardımların çatdırılması üçün humanitar dəhliz yaratmaq üzərində işləyir".
32gun.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı deyib.
"Kanada Qəzzə zolağına humanitar dəhliz yaratmaq üçün tərəfdaşlarla sıx əməkdaşlıq edir" deyə nazir bildirib. Trüdo həmçinin əlavə edi:
“Hələlik humanitar fasilələri müzakirə etmək üçün diplomatik danışıqlar davam edir.
Belə ki, anklavın sakinlərini lazımi humanitar yardımla təmin etmək mümkün olsun".
Xatırladaq ki, Çərşənbə axşamı Trudeau, Kanadanın Qəzza zolağına humanitar yardım çatdırmaq üçün Fələstin-İsrail münaqişəsi zonasında humanitar atəşkəsin tərəfdarı olduğunu söyləmişdi.
Ayxan