DÜNYA ÖZ XƏBƏR

Peskov humanitar yardım çağırışı etdi

"Qəzzada insani fəlakət yaşanır. Humanitar yardım oraya çatdırılmalıdır".

32gun.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Peskov paytaxt Moskvada jurnalistlərə İsrail-Fələstin münaqişələri ilə bağlı açıqlama verərkən deyib.

Qəzzaya göndərilən yardımların daxil olmasına icazə verilmədiyinə diqqət çəkən Peskov, "Yalnız iki onlarla yardım maşınının girməsinə icazə verildi. Bu çox azdır. İnsanların da çıxmasına icazə verilmir",- deyib.

Kremlin sözçüsü vəziyyətin fəlakətli ölçüdə olduğunu vurğulayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında səylərin gücləndirilməsi lazım olduğunu bildirib:

" Atəşkəs çağırışı edilməlidir. Quru əməliyyatı başlasa, vəziyyət daha da pisləşə bilər. Yalnız bir tərəfin hərəkətləri qınana bilməz".

Aysel Şirinova

Oxşar Xəbərlər