"İsrail Qəzza zolağında həmişəlik qalmaq niyyətində deyil".
32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrail baş nazirinin xüsusi müşaviri Regev deyib.
Onun sözlərinə görə, yəhudi dövləti yalnız Həmasdan təmizləmək üçün Qəzza zolağına nəzarəti müvəqqəti olaraq ələ keçirmək niyyətindədir.
Regev əlavə edib ki, İsrail atəşkəs çağırışını qəti şəkildə rədd edir: “Həmas bunu istəyir, lakin biz vəziyyəti dəyişmək istəyirik. Biz oktyabrın 7-də səhər saat 6-da mövcud olan status-kvoya qayıtmaq istəmirik”.
Aysel Şirinova