Britaniyalı siyasətçi Qəzzada atəşkəs çağırışına görə vəzifəsindən uzaqlaşdırılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən Böyük Britaniyanın elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentdəki şəxsi katibi Pol Bristou baş nazir Sunaka yazdığı məktubda daimi atəşkəsin insanların həyatını xilas edəcəyini və humanitar yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin edəcəyini demişdi. Bu məktbudan sonra "kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər" adı ilə Bristo vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Paul Bristou 2020-ci ildə verdiyi açıqlamada Ramazan ayının müsəlmanlar üçün nə demək olduğunu öyrənmək istədiyini, eyni təcrübəni Ramazan ayında müsəlmanlarla bölüşmək üçün bir həftə oruc tutacağını açıqlamışdı.
Xatırladaq ki, Britaniya hökuməti Qəzzaya humanitar yardım üçün döyüşün dayandırılmasını dəstəkləyir, lakin atəşkəs çağırışlarını rədd edir.
Aysel Şirinova