Qəzzada atəşkəs olmasını tələb edən bir qrup şəxs ABŞ dövlət katibi Antoni Blinkenin çıxışı zamanı senata hücum ediblər.
32gun.az xəbər verir ki, hadisə Blinkenin İsrail və Ukraynaya yardım da daxil olmaqla 106 milyard dollarlıq yardım paketi tələbi ilə yığıncaq keçirdiyi zaman baş verib.
Məlumata əsasən etirazçılar müxtəlif şüarlar səsləndirərək Blinkenin çıxışını kəsiblər.
“Qəzza xalqına qarşı soyqırımı dəstəkləməyə son”, “Qəzzada qırğına son”, “Qəzzədə uşaqları xilas et”, “Atəşkəs indi” kimi şüarlar səsləndirən etirazçılar əllərində müharibə əleyhinə plakatlar tutublar.
Sözügedən etirazçılar çıxarıldıqdan sonra Blinken çıxışını davam etdirərkən, bəzi nümayişçilər Blinkenin arxasındakı cərgələrdə "qanlı əlləri" simvolizə edən qırmızı boyalı əllərini qaldıraraq səssiz etirazlarını davam etdirdilər.
Etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən zaldan çıxarılıb.
Aysel Şirinova



