“İsrail və Fələstin arasında tezliklə atəşkəs yaradılmalı və Beynəlxalq Sülh Konfransı keçirilməlidir”.
32gun.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Nazirlər kabinetinin iclasından sonra açıqlama verərkən deyib.
Oktyabrın 7-dən etibarən Qəzzada baş verən hadisələrə reaksiya verən Ərdoğan, "İsrail 25 gündür bütün bəşəriyyətin gözü qarşısında insanlığa qarşı cinayətlər törədir. Bunun qarşısı alınmalıdır",- deyə əlavə edib.
Aysel Şirinova