İsrailin Fələstinin HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyatının keçirildiyi Qəzza zolağının şimal hissəsində iki azyaşlı Fransa vətəndaşı həlak olub.
32gun.az bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fransa Xarici İşlər Nazirliyi əcnəbi vətəndaşların, xüsusən də fransızların Qəzza zolağından çıxmasına icazə verməyə çağırır. Diplomatlar həmçinin mülki şəxslərə yardım çatdırmaq üçün humanitar atəşkəsin yaradılmasını tələb edirlər.
Ayxan