ABŞ-ın İsrailə dəstək verməsi ölkədəki müsəlmanların reaksiyasına səbəb olub.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən amerikadakı müsəlmanlar və bəzi Demokratik Partiya üzvləri Baydeni Qəzzada atəşkəs üçün addımlar atmağa çağırıblar. Əks təqdirdə, yüz minlərlə müsəlman seçicinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcəyi barədə xəbərdarlıq edib.
Milli Müsəlman Demokratik Şurasının Baydenə verdiyi müddət çərşənbə axşamı ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başa çatıb.
Şuranın Baydenə göndərdiyi məktubda, "Administrasiyanızın maliyyə və silahlanma da daxil olmaqla qeyd-şərtsiz dəstəyi, mülki insanların itkisinə səbəb olan zorakılığın davam etməsində mühüm rol oynadı və əvvəllər sizə güvənən seçicilərin etibarını sarsıtdı",- qeyd edilib.
Qeyd edək ki , ABŞ-da 3,5 milyon müsəlmanın 20 faizinin seçici olduğu təxmin edilir.
Bu isə 700 min səs deməkdir.
Aysel Şirinova