DÜNYA ÖZ XƏBƏR

Bayden tam atəşkəs çağırışının mümkünsüz olduğunu AÇIQLADI

ABŞ prezidenti Co Bayden İsraillə HƏMAS hərəkatı arasında humanitar fasilə və hərbi əməliyyatların müvəqqəti dayandırılmasının elan edilməsinin vacibliyini açıqlayıb.

32gun.az xarici mediaya istinadən xəbər verir ki,, Amerika prezidentinin sözlərinə görə, girovların Qəzza zolağından çıxarılması üçün belə tədbirlər lazımdır.  "Girovları çıxarmaq, onları sağ saxlamaq üçün humanitar fasilə lazımdır, bu, çox vacib məsələdir",- deyib.

Eyni zamanda o, İsrail və HƏMAS arasında hərbi münaqişə zonasında tam atəşkəs çağırışlarını əhəmiyyətsiz və mümkünsüz adlandırıb.  Baydenin sözlərinə görə, İsrail indi özünü müdafiə etmək üçün “tamamilə qanuni hərəkətlər” edir, lakin eyni zamanda Qəzza zolağında mülki insanların həyatını qorumaq barədə də düşünmək lazımdır.  Bayden yaxın vaxtlarda 1 minə yaxın əcnəbinin Qəzza zolağından çıxa biləcəyini açıqlayıb.  Onların Fələstin anklavından Rəfah keçidi vasitəsilə Misirə gedəcəkləri gözlənilir.

Aysel Şirinova

Oxşar Xəbərlər