“Azəriqaz” İstehsalat Birliyinin “Şamaxı rayonu Meysəri kəndində yerləşən “Meysari Group” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması” (layihə №7-15-22) və “Şamaxı rayonu Böyük Xınıslı kəndində yerləşən “Nasimi Gardens” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması” (layihə №7-16-22) işlərinin yerinə yetirilməsinə tələb olunan mal-materialların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, buna səbəb Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdr. Bu da DSQ 11.1-ci maddəsi ilə təmin edilir.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevdir.
Ayxan