DÜNYA ÖZ XƏBƏR

"Amerikanı bir kənara qoysanız, İsrailin tərəfində heç kim yoxdur" - Ərdoğan

Biz bu hadisələrin başlandığı andan Qəzzada qarantlıq məsələsini daim danışmışıq. Türkiyə zaminlik rüsumu alarsa, biz bu vəzifəni boynumuza almağa hazırıq, zamin ölkə ola bilərik.

32gun.az xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 10-cu Zirvə Toplantısından qayıtdıqdan sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Qəzzada baş verən münaqişədə birbaşa Netanyahunun təqsirkar olduğunu deyib:

"İsrail çox səhv addım atdı. Deyə bilərəm ki, o, bu addımı ilə əslində öz gələcəyini qaraltdı. Bu, təkcə İsraili deyil, onun İsraildən kənardakı uzantılarını da narahat edən bir vəziyyətdir. Onun üçün edilməli olan buradan geri çəkilmək və buna son qoymaqdır. Təbii ki, buna görə bir nömrəli məsul şəxs İsrailin baş naziri Netanyahunun özüdür və indiyə qədər İsraildə Netanyahuya qarşı söhbətlər başlayıb.

Prezident dünya siyasətinin İsrailin baş nazirini mühakimə etdiyini qeyd edərək, "Ən əsası isə BMT-də Qəzzada fövqəladə atəşkəs tələbi ilə keçirilən səsvermədə 121 ölkə İsrail və onun tərəfdarına qarşı çıxdı. Sadəcə 45 ölkə bitərəf qaldı, 14 ölkə isə İsrailin tərəfinə keçdi. Amerikanı bir kənara qoysanız, İsrailin tərəfində heç kim yoxdur",- deyib.

Aysel Şirinova

Oxşar Xəbərlər