ABŞ Fələstin-İsrail münaqişəsində “ümumi atəşkəs” çağırışlarını rədd etməkdə davam edir.
32gun.az xəvbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz hələ də ümumi atəşkəsin hazırkı vaxtda məqsədəuyğun olduğuna inanmırıq.
Atəşkəs haqqında danışarkən, biz hazırda uduzmuş həll yolu hesab etdiyimiz və buna görə də dəstəkləmədiyimiz bütün regionda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tuturuq”. deyə Kirbi qeyd edib.
Ayxan