DÜNYA ÖZ XƏBƏR

Putin həmkarı ilə telefon danışığında bu məsələləri müzakirə ETDİ

 Misir prezideni Əbdülfəttah əs-Sisi və Rusiya prezidenti Vladimir Putin arasında  telefon danışığı baş tutub.

32gun.az xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat yayıb. Məlumata əsasən telefon danışığında Qəzza zolağındakı vəziyyəti və Misir tərəfinin münaqişənin deeskalasiyası, humanitar yardımın çatdırılması, Fələstin anklavından əcnəbi vətəndaşların təxliyəsi üzrə səylərini müzakirə edilib.

 Misir prezidentinin sözçüsü qeyd edib ki, Əl-Sisi və Putin Qəzza zolağında atəşkəsə yönəlmiş beynəlxalq səyləri gücləndirmək barədə razılığa gəliblər.

Aysel Şirinova

Oxşar Xəbərlər