Vaşinqtonda Demokratlar Partiyasının Milli Komitəsinin qərargahı yaxınlığında Qəzza zolağında atəşkəsə çağıran fəallarla polis arasında toqquşma baş verib.
32gun.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, toqquşma zamanı partiya funksionerləri binanın içərisində olublar. Nümayişçilər bildiriblər ki, onların məqsədi siyasətçilərin giriş-çıxışlarını bağlamaqdır.
İnsident nəticəsində 150 nəfərin həbs edildiyi bildirilir.
Qeyd edək ki, oktyabrın 25-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi bildirib ki, Qəzza zolağında atəşkəs yalnız HƏMAS-ın xeyrinə olacaq. Noyabrın 9-da prezident Bayden də Qəzza zolağında atəşkəs şansının olmadığını qeyd edib.
Aysel Şirinova