DÜNYA ÖZ XƏBƏR

Makrondan ikili siyasət - Netanyahu ilə DANIŞDI

Makron İsraili tənqid edəndən sonra ilk dəfə Netanyahu ilə danışıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

Məlumata əsasən Fransa prezidenti Makron İsrailin baş naziri Netanyahu ilə telefon danışığında yəhudi dövlətinin özünümüdafiə hüququnu təsdiqləyib.  Liderlər İsrail-Livan sərhədindəki vəziyyəti müzakirə ediblər.  Makron Qəzza zolağında atəşkəsə çağıraraq  “İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı artan zorakılıqdan” narahatlığını bildirib.

Qeyd edək ki, noyabrın 11-də Makron İsraili “körpələri, qadınları və qocaları bombalamağı dayandırmağa” çağırıb.  Netanyahu isə tənqidlərə cavab verərək mülki əhalinin ölümünə görə bütün məsuliyyətin Həmas-ın üzərinə düşdüyünü bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər