"Makron ABŞ və Britaniyanın Yaxın Şərq və Qafqazdakı maraqlarına zidd hərəkət edir"
32gun.az xəbər verir ki, bu barədə Ruminyanın aparıcı nəşri yazı dərc edib.
“Fransa Prezidenti Emmanuel Makronun ərəb-İsrail münaqişəsinin hazırkı gərginləşməsi ilə bağlı siyasəti ABŞ və Böyük Britaniyanın ümumi xəttinə tamamilə ziddir. Vaşinqton və London Qəzza zolağında atəşkəsə qarşı çıxsalar da, bu, yalnız HƏMAS-ın xeyrinə olacaq”.
Nəşr bildirir ki, Paris noyabrın 11-də İsraildən hərbi əməliyyatları dayandırmağı qəti şəkildə tələb edib. Makron yəhudi dövlətini “uşaqların və qadınların qatili” adlandırıb. Makronun siyasəti ABŞ-ın və bəzən Aİ-nin - təkcə İsrailin deyil, həm də Cənubi Qafqazın maraqlarına ziddir.
Söhbət hakimiyyətləri İranla hərbi-strateji tərəfdaşlığı açıq şəkildə tanıyan Fransa və Ermənistan arasında hərbi-siyasi əməkdaşlıqdan gedir”, – Rumıniyanın ən böyük xəbər nəşri olan “Digi24” qeyd edir.
Aysel Şirinova