Qəzza zolağı ətrafında baş verən hadisələr dünya ictimaiyyətini ən azı iki düşərgəyə bölüb.
32gun.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Tokayev KTMT sammitində çıxışı zamanı bildirib.
“Yaxın Şərqdəki münaqişə qlobal informasiya və ideoloji qarşıdurma spiralını açıb. Müharibə alovu bütün ölkələri və qitələri yandırana qədər biz dayanmalıyıq”, - prezident deyib.
O, İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs haqqında razılaşmanı alqışlayıb və qeyd edib ki, fələstinlilərin “İki xalq üçün iki dövlət” düsturuna əsasən tam hüquqlu dövlət yaratmaq hüququ təmin edilməlidir”.
Aysel Şirinova