Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası qapalı iclas keçirəcək.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu gün keçirilməsi planlaşdırılan iclasda məhbusların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşma müzakirə olunacaq.
Qeyd edək ki, oktyabrın 16, 18 və 25-də BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı müvafiq olaraq Rusiya Federasiyası, Braziliya, ABŞ və yenidən Rusiya Federasiyası tərəfindən təklif olunan qətnamə layihələrini qəbul etməyib.
Aysel Şirinova