HADİSƏ

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur ifaçının atası 1962-ci il təvəllüdlü Məlik Məlikzadə bu gün qəfilətən metroda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

****16:47

Bakı Metropoliteni QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.

32gun.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.

 

Oxşar Xəbərlər