Ağ Evin qarşısında Qəzzada “daimi atəşkəs” tələbi ilə aclıq aksiyası keçirilir.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən ABŞ-da bir qrup konqres üzvü aksiyaya başlayan fəalları, aktyorları və yerli siyasətçiləri Ağ Evin qarşısında ziyarət edərək onların hərəkətlərinə dəstək verib.
Aksiya iştirakçılarını ziyarət edən Konqres üzvləri arasında olan Fələstin əsilli Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaib burada etdiyi çıxışında milyonlarla amerikalının Qəzzada zorakılığa son qoymağa çağırdığını xatırladıb.
Onlar Qəzzadakı vəziyyətlə bağlı höküməti günahlandıraraq "ABŞ terrora göz yumur və ortaqdır" kimi şüarlar səsləndiriblər.
Aysel Şirinova