İsrail və HƏMAS arasında noyabrın 24-dən qüvvədə olan və iki dəfə - müvafiq olaraq noyabrın 27 və 29-da uzadılan atəşkəs başa çatıb.
32gun.az bildirir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bundan sonra Qəzza zolağında döyüşlərin bərpa olunduğunu elan edib.
Rəsmi atəşkəs başa çatdıqdan sonra tərəflər onun uzadılmasını heç vaxt açıqlamayıblar.
"HƏMAS əməliyyat fasiləsini pozdu və əlavə olaraq İsrail ərazisinə atəş açıb. İsrail Müdafiə Qüvvələri yenidən döyüş əməliyyatlarına başlayıb”, - deyə məlumatda bildirilir.
Atəşkəsin bitməsinə bir saat qalmış İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağından İsrail icmalarına doğru raket atıldığını və həmin raketin vurulduğunu bildirib . Sderot və ətraf ərazilərdə raket siqnalı sirenləri səslənib.
Nilay