DÜNYA ÖZ XƏBƏR

“Qəzzada yanğının yenidən alovlanması humanitar yardımın çatdırılmasını sual altına qoyur”

Fələstin-İsrail münaqişəsi zonasında yanğının yenidən başlaması Qəzza zolağına humanitar yardımın çatdırılmasını sual altına qoyur.

32gun.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Qəzzaya zəruri malların tədarükü şübhə altındadır, çünki yenilənmiş zorakılıq humanitar malların təkcə yardım işçilərinə deyil, həm də yardım üçün nəzərdə tutulanlara paylanmasını ciddi şəkildə çətinləşdirir.

Yanacaq və digər humanitar malların tədarükünü ən azı hərbi əməliyyatlardakı fasilə səbəbindən əldə edilmiş səviyyədə saxlamaq lazımdır"- deyə o qeyd edib. 

Xatırladaq ki, Dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri radikal Fələstinin HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini bəyan edib. Fələstin Administrasiyası İsrailin yenidən təcavüzkar hərəkətlərinə görə ABŞ-ı günahlandırıb.

Ayxan 

Oxşar Xəbərlər