Qətərdə Qəzza zolağında atəşkəsin saxlanılması ehtimalı ilə bağlı davam edən danışıqlar nəticəsiz qalıb.
32gun.az xəbər verir ki, bu barədə BBC-yə danışıqlarda iştirak edənlərdən biri bildirib .
Mənbənin bildirdiyinə görə, tərəflər arasında atəşkəsin uzadılmasının mümkünlüyü ilə bağlı danışıqlar cümə günü səhər saatlarında tərəflər döyüşləri bərpa etdikdən sonra bir müddət davam edib. İsrail Müdafiə Qüvvələri humanitar pauzanın şərtlərini ilk dəfə Fələstinin radikal HƏMAS hərəkatının pozduğunu bildirib. Buna cavab olaraq, dekabrın 1-də səhər saatlarında İsrail hərbçiləri anklava yeni zərbələr endirib və bildiriblər ki, onlar Qəzza zolağının şimalında və cənubunda Xan Yunis və Rəfah da daxil olmaqla 200 terrorçu hədəfi vurub.
Ayxan