İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi BMT Təhlükəsizlik Şurasını humanitar mülahizələrə əsaslanaraq Qəzza zolağında dərhal atəşkəs tələb edən ərəb qətnamə layihəsini təsdiq etməyə çağırıb.
32gun.az xəbər verir ki, baş nazirin müavini X sosial şəbəkədəki hesanında yazıb.
"Qətnamə layihəsini qəbul etməkdən imtina İsrailə günahsız vətəndaşların kütləvi qətlini davam etdirmək üçün lisenziyanın verilməsinə bərabər olacaq və aclığa səbəb olacaq.
BMT Təhlükəsizlik Şurası müharibə cinayətlərini dayandırmalı və humanitar fəlakətin qarşısını almalıdır”- deyə o bildirib.
Nilay