MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Kaan Film Festivalına yeni rəhbər təyin olundu

Növbəti - 77-ci Kann Film Festivalının rəhbərlik edəcək şəxs müəyyənləşib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, “Barbie” filminin rejissoru Qreta Gerviq 2024-cü ilin mayında keçirilməsi planlaşdırılan Festivalın münsiflər heyətinə rəhbərlik edəcək.

O, 1966-cı ildə 31 yaşlı Sofiya Lorendən sonra bu postu tutan ilk amerikalı və ən gənc sədr olacaq. Sonuncu dəfə 2018-ci ildə münsiflər heyətinə qadın başçılıq etmişdi. O aktrisa Keyt Blanşett idi.

Qeyd edək ki, onun “Barbie” filmi 2023-cü ilin ən gəlirli filmi olub, kassada 1,4 milyard dollardan çox gəlir əldə edib. Gerviq həm də Ledi Bird (2017) və Kiçik Qadınlar (2019) filmlərindəki işi ilə tanınır və hazırda Netflix üçün The Chronicles of Narnia filminin adaptasiyası üzərində işləyir. Onun kino karyerasına 20-dən çox film daxildir.

Nilay

Oxşar Xəbərlər