HADİSƏ

Bakıda hərəkətdə olan taksi alovlandı - FOTOLAR

Bakı şəhəri Nərimanov rayonu İzzəddin Həsənoğlu küçəsində hərəkətdə olan avtomobil yanıb.

32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə taksi fəaliyyəti ilə məşğul olan "Toyota Prius" markalı avtomobil alovlanmağa başlayıb.

Hadisə yerinə FHN yanğınsöndürmə qrupu və polislər cəlb olunub.

Xoşbəxtlikdın sürücü və ətrafdan heç kim xəsarət almayıb. Yanğınsöndürənlər yanan avtomobili söndürüblər.

Ayxan

Oxşar Xəbərlər