MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Alen Delonun vəkili aktyorun hüquqi müdafiə istəyib - Ailəsinə qarşı…

Aktyor Alen Delonun oğlu Alen-Fabien bacısı Anuşkanı məhkəməyə verib. O qeyd edib ki, qohum onun sözlərini təhrif edir. 
32gun.az BFM TV-yə istinadə. xəbər verir ki, aktyorun varisi bacısını “atasının zəifliyindən sui-istifadə etməkdə” ittiham edib. 
Aktyorun digər oğlu Entoni atasının səhhətinin həqiqətən pisləşdiyini etiraf edib. 

O, aktyorun son Milad bayramını qeyd edə bilməmək riskindən danışıb. 

Daha əvvəl Alen Delonun öz oğlu Entonini məhkəməyə verəcəyi bildirilinb.

O, oğlunu böhtan atmaqda ittiham etmişdi.

Daha sonra Entoni aktyorun beş koqnitiv testdən keçdiyini söyləyib. 
Qalmaqal fonunda aktyorun vəkili prokurorluğun köməyi ilə sənətçini hüquqi müdafiə ilə təmin etmək istəyir.

Xatırladaq ki, Alen Delon 90-dan çox filmdə rol alıb. 2017-ci ildə təqaüdə çıxdığını elan etdi. 2019-cu ildə aktyor insult keçirib.

Oxşar Xəbərlər