KRİMİNAL

Gəncədə DƏHŞƏTLİ QƏTL - Polis TƏCİLİ hərəkətə keçdi (YENİLƏNİB)

Gəncədə qətl törədilib, saxlanılan var.

32gun.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

22:37

Gəncə sakini bıçaqlanaraq qətlə yetirilib.
37 yaşlı Vasif Həsənov mübahisə zəminində bıçaqlanıb. Dərhal xəstəxanaya yerləşdirilən şəhər sakinini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar Xəbərlər