SOSIAL
Qazaxda əhalini palçığın içindən keçməyə kim vadar edir? (VİDEO)
Lentə alınan bu görüntü diqqət çəkib.
32gun.az xəbər verir ki, dəfələrlə yol təmirinə tender elan edib, yüzminlərlə pul xərclənsə də yoldakı problem həllini tapmır.
Qazaxda Yeni məhəllə kimi tanınan ərazidə Təmizləyici qurğulara gedən yolda yağan yağışdan sonra yollarda gölməçələr yaranıb.
Əhali palçıqlı yollardan keçməli olurlar.
Məlumata görə, həmin ərazi rəsmi olaraq Ağstafa rayonun ərazisi olaraq qəbul edilir.
Görüntüləri təqdim edirik:
Ayxan