DÜNYA ÖZ XƏBƏR

İsrail Qəzza zolağında atəşkəsə razılaşdı

İsrail Qəzza zolağında atəşkəslə anlaşıb.

Həmçinin HƏMAS qrupunun da ilkin razılığı var.

32gun.az bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əl-Ənsariyə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb .

Aydın olur ki, söhbət HƏMAS-ın 100-ə yaxın girovu azad etməli olduğu yeni 40 günlük atəşkəsdən gedir. Bundan sonra israilli hərbi əsirlərin azad edilməsi və ölən əsgərlərin cəsədlərinin yaxınlarına təhvil verilməsi planlaşdırılır.

“The Jerusalem Post”un xəbərinə görə,  adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, HƏMAS bu sənədi rədd etməyəcək, lakin tərəflərin yekun razılığa gələ bilməyəcəyi ehtimalı var.

Ayxan

Oxşar Xəbərlər