Baş Prokurorluq Xocavənddəki partlayışa görə araşdırmaya başladı - YENİLƏNİB
Xocavənddə arıçılıq təsərrüfatında partlayış nəticəsində bir nəfərin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən 32gun.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10-da saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
***11:00
Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.
Bu barədə 32gun.az a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.
Vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.