KRİMİNAL

Ağdamda DƏHŞƏT: Dörd il əvvəl öldürülən qızın meyiti evlərinin həyətindən tapıldı -

Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti tapılıb.

32gun.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızının qətlində şübhəli bilinir. Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.

Meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları aşkarlayıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar Xəbərlər