DÜNYA ÖZ XƏBƏR

İsrailin hərəkətləri danışıqları puça çıxara bilər - HƏMAS-dan XƏBƏRDARLIQ

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə radikal qruplaşma ilə İsrail arasında aparılan danışıqlarda vasitəçilərə xəbərdarlıq edib ki, İDF-nin Qəzza zolağındakı hərəkətləri atəşkəs müzakirələri zamanı əldə edilən nailiyyətləri puça çıxara bilər.

32gun.az bildirir ki, bu barədə TASS qrupun sosial şəbəkələrinə istinadən yazıb. 

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə vasitəçilər ilə təcili telefon danışıqları aparıb və onlara İsrailin Qəzzada indiki hərəkətlərinin məsləhətləşmələri başlanğıc nöqtəsinə qaytara biləcəyi barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir.

Haniyə danışıqların mümkün pozulmasında İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin anklavında hərbi əməliyyatları davam etdirən yəhudi dövlətinin ordusunu günahlandırıb.

İyulun 3-də İsrail HƏMAS-dan girovlarla bağlı razılaşma təklifinə cavab alıb . Bundan sonra İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmək üçün Qətərə gedib . İyulun 6-da HƏMAS-ın ABŞ-ın girovların azad edilməsi üçün danışıqlar aparmaq təklifini qəbul etdiyi bildirilib.

Ayxan 

Oxşar Xəbərlər