SİYASƏT
Hikmət Hacıyevə “Azərbaycanın sirləri” kitabı hədiyyə edilib
Prezidentin Əlaqələr İdarəsi tərəfindən nəşr edilən “Azərbaycanın sirləri” kitabı Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevə təqdim olunub.
32gun.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir Azərbaycan Prezidentinin müşaviri Hacıyevi ziyarət edib.
Anadolu Agentliyinin (AA) Asiya Qafqaz xəbərləri üzrə direktoru Tolqa Özgençin də iştirak etdiyi görüşdə Türkiyə ilə Azərbaycan arasında media sahəsində əlaqələr müzakirə olunub.
Görüş zamanı İşbilir Hacıyevə Prezidentin Əlaqələr üzrə direktoru Fahrettin Altunun imzası ilə “Azərbaycanın sirləri” kitabını hədiyyə edib. Kitabadakı mövzularla tanış olan Hikmət Hacıyev Altun və İşbilirə təşəkkürünü bildirib.
“Azərbaycanın sirləri” kitabında Türkiyə ilə Azərbaycanın qardaşlığı, Azərbaycan mədəniyyəti izah edilir.