Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oğlu Heydər Əliyev ilə illər öncə çəkilmiş nadir fotosu paylaşılıb.
32gun.az bildirir ki, İş otağında çəkilən bu səmimi kadrda dövlət başçısının azyaşlı oğlu ilə olan isti münasibəti və ata qayğısı aydın şəkildə hiss olunur. Fotoda diqqətçəkən ən mühüm məqamlardan biri isə arxa fonda ulu öndər Heydər Əliyevin portretinin yer almasıdır.
Bu görüntü həm dövlətçilik ənənələrinin davamlılığını, həm də nəsillər arasındakı qırılmaz mənəvi bağı simvolizə edir. İstifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanan şəkil qısa müddətdə paylaşım rekordu qıraraq geniş müzakirələrə səbəb olub. İllərin sınağından keçən bu kadr Azərbaycanın müasir tarixinə nəzər salan dəyərli bir yaddaş nümunəsi kimi qiymətləndirilir.
Nilay Özsöz