SİYASƏT
Şuşa, Laçın və Xankəndi istiqamətində nəqliyyat sistemi hazırlanır
Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır.
"32gun.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar", - deyə o qeyd edib.