DÜNYA ÖZ XƏBƏR

Tramp Harrisi İsrailə hörmətsizlik etməkdə günahlandırıb

ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ-ın vitse-prezidenti və onun potensial seçki rəqibi Kəmalə Harrisi Qəzzada atəşkəsin zəruriliyi ilə bağlı sözlərindən sonra İsrailə hörmətsizlik etməkdə ittiham edib.

32gun.az bildirir ki, bu barədə RİA Novosti yazıb.

“Düşünürəm ki, onun sözləri İsrailə qarşı hörmətsizlik idi. Yəhudi olan birinin ona necə səs verə biləcəyini həqiqətən bilmirəm... Məncə, o, sadəcə olaraq İsrailə hörmətsizlik edib”, – iyulun 26-da Floridada Netanyahu ilə görüşən Tramp deyib.

İyulun 25-də İsrailin baş naziri Binyamin Netanyahu ilə Harris arasında görüş olub. Söhbətdə ABŞ vitse-prezidenti israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı ilə tezliklə atəşkəs sazişinin bağlanmasının vacibliyini bəyan edib . O, həmçinin Qəzzada çoxlu sayda mülki itki ilə bağlı Netanyahuya ciddi narahatlığını bildirib.

Ayxan 

Oxşar Xəbərlər