Parlament Seçkilərinin Növbədənkənar Keçirilməsi tarixi-icimati ZƏRURƏT İDİ
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
Növbədənkənar Milli Məclis seçkilərinin keçirilməsi həm tarixi, həm də ictimai zərurətdən irəli gəlir.
Belə ki, ən əsas faktor suverən Azərbaycan torpaqlarında ilk dəfə parlament seçkiləri keçirilməsidir. Prezident seçkilərindən sonra ən mühüm seçki olaraq VII parlamenti formalaşdıracaq. Azad edilmiş torpaqlar da daxil olmaqla hər bir ərazidə təşkil ediləcək seçkidə iştirak etmək seçmək hüququ olan hər bir vətəndaşın suveren hüququdur.
Digər amil noyabr ayında COP29 tədbirlərin ən yüksək səviyyədə keçirilməsinin Azərbaycanın beynəlxalq səviyyədə qəbul etdiyi öhdəliklərdən biridir. Məhz bu amil də növbədənkənar seçkilərin vaxtından əvvəl keçirilməsini zəruri edir. Digər tərəfdən 6-cı çağırış parlament üzvlərinin bəzilərinin yeni təyinat alaraq mandatına son qoyulması, vəfat edənləri və mandatı əlindən alınanları da nəzər alsaq belə mühüm tədbir ərəfəsində parlamentin tam formada olması vacib nüaslardan biridir.
Sadalanan amillərlə yanaşı yeni pandemiya və müharibə anonsları da seçkilərin növbədənkənar keçirilməsini zəruri edir. Bütün bu sadalananlar Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifəsi olaraq seçkilərin növbədənkənar keçirilməsinin zərurətini yaratdı. Noyabr ayında bunu təmin etmək çətin ola bilərdi. Parlament seçkiləri özlüyündə olduqca vacib siyasi hadisədir. COP29 konfransının keçirilməsi ilə eyni vaxtda təsadüf etməsi bu mühüm siyasi prosesin təşkil olunması məqsədəuyğun deyil. Bu həm parlament seçkilərinin əhəmiyyəti nöqteyi nəzərindən, həm də COP29 konfransının əhəmiyyəti nöqteyi nəzərindən doğru olmazdı. Mühüm tədbirlə əlaqədar ölkəmizə 80 minə qədər qonaq gəlməsi gözlənilir. Konfransın ən yüksək tələblərə cavab verərək, təşkil olunması ölkəmizin birbaşa beynəlxalq imici məsələsi olmaqla yanaşı, bundan sonra daha da qlobal tədbirlərin təşkil etməsi üçün bir qapı açacaq. Mühüm tədbirlərin Azərbaycanda təşkil edilməsi zamanı təhlükəsizlik tədbirlərin, qonaqların transfer məsələsinin ən yüksək olması hamıya məlumdur. Bu baxımdan həmin dövr ərzində təyin edilən ərazilərdə dərslərin distant formaya keçməsi də tıxac məsələsini aradan qaldıracaq. Daxili və xarici məsələləri sinxron tənzimləyən dövlətimiz operativ qərarlar qəbul edərək cəmiyyətimiz üçün əlverişli şərait yaradır. Bu zərurətdən irəli gələrək Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsə uyğun olaraq Milli Məclis ölkə prezidentinə müraciət ünvanladı. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qarşıda bizi ölkəmiz üçün mühüm parlament seçkiləri gözləyir. Artıq əsas mərhələlərdən biri geridə qalıb. Belə ki, deputatlığa namizəd olmaq istəyənlər öz sənədlərini və imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.
Hər bir seçki hüququ olan vətəndaşın Azərbaycanın legitim ərazilərində təşkil ediləcək seçkilərdə iştirakı ölkəmizin yaxın gələcəyi üçün çox vacibdir.
Səbuhi Abdullayev “ELM” İctimai Birliyinin sədri.