DÜNYA ÖZ XƏBƏR

Bayden Misir və Qətər liderləri ilə Qəzzada atəşkəs səylərini müzakirə edir

ABŞ prezidenti Co Bayden Misir lideri Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ayrı-ayrılıqda telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın əldə olunması imkanlarını müzakirə edib.

32gun.az bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Liderlər "bölgədə gərginliyin azaldılması, atəşkəs razılaşmasının tamamlanması və Fələstin HƏMAS hərəkatının əlində olan girovların azad edilməsi üçün diplomatik səyləri müzakirə ediblər".

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, anklavı və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb.

Ötən il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 100-dən çox girov azad edilib. Həmin il dekabrın 1-də atəşkəs pozuldu, döyüşlər yenidən başladı və bu günə qədər davam edir.

Ayxan 

Oxşar Xəbərlər