ABŞ prezidenti Co Bayden Almaniya, İtaliya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
32gun.az bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı söyləyib. O bildirib ki, tərəflər İranı İsrailə hücum etməməyə çağırır.
"Düşünürəm ki, siz artıq israilli həmkarlarımızın qorxuları ilə bağlı bəyanatlarını görmüsünüz - onlar İran və ya onun tərəfdarlarının, bəlkə də, yaxın günlərdə hücumunun getdikcə daha çox ehtimal olunduğunu düşünürlər" o deyib.
Liderlər bu narahatlıqları bölüşürlər, buna görə də “biz israilli həmkarlarımız və regiondakı digər həmkarlarımızla daim təmasdayıq”, – Kirbi əlavə edib. Baydenin Avropa ölkələrinin liderləri ilə söhbəti Yaxın Şərqdəki gərginliyi müzakirə etmək məqsədilə baş tutub.
Xüsusilə, tərəflər “gərginliyin azaldılması və atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi üzrə davam edən səyləri” müzakirə ediblər”, – Kirbi yekunlaşdırıb.
Əvvəllər bildirilmişdi ki, İran bu ilin aprelində İsrailə zərbə endirməzdən əvvəl atdığı hərəkətlərə bənzər fəallıq nümayiş etdirir . Eyni zamanda, mənbələrdən biri vurğuladı ki, İran tərəfi Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyəni İsrailin məhv etməsinə reaksiyanın mahiyyəti ilə bağlı hələ də konsensusa malik deyil.
Öz növbəsində, “The Wall Street Journal” İrandan gözlənilən mümkün hücum şayiələri fonunda İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib . Livanın şiə Hizbullah hərəkatından da hücumlar gözlənilir.
Nilay