DÜNYA ÖZ XƏBƏR

ABŞ İsrail və HƏMAS-a yeni atəşkəs təklifi təqdim edib

Vaşinqton Qahirə və Dohanın dəstəyi ilə İsrailə və Fələstinin Həmas hərəkatına tərəflər arasında fikir ayrılıqlarını azaltmağa yönəlmiş yeni atəşkəs təklifini təqdim edib.

32gun.az bildirir ki, bu barədə ABŞ, Misir və Qətərin birgə bəyanatında deyilir.

Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

Bəyanatda deyilir ki, Qəzza zolağında atəşkəslə bağlı Dohada keçirilən danışıqlar konstruktiv keçib və müsbət atmosferdə keçib.

“Birləşmiş Ştatlar Qətər və Misirin dəstəyi ilə hər iki tərəfə boşluqları daraldan və ABŞ prezidenti Co Baydenin mayın 31-də müəyyən etdiyi prinsiplərə və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə əsaslanan təklif təqdim edib”, - bəyanatda deyilir.

O, həmçinin Misir, ABŞ və Qətərin yüksək rütbəli hökumət rəsmilərinin təklif olunan şərtlər əsasında razılığa gəlməyə çalışmaq üçün gələn həftənin sonuna qədər Qahirədə görüşəcəklərinə işarə edib.

Nilay 

Oxşar Xəbərlər