SİYASƏT

Tokayev İlham Əliyevlə danışdı

Qazaxıstan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.

"32gun.az" xəbər verir ki, bu  barədə Tengrinews.kz nəşri məlumat yayıb. 

Telefon danışığı zamanı Kasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Tokayev strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd edib. 

Qazaxıstan prezidenti iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Oxşar Xəbərlər