SİYASƏT

Şuşa və Xankəndidən möhtəşəm XƏBƏRLƏR GƏLİR - Ali Baş Komandan azad olmuş torpaqlara yenidən getdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.

"32gun.az" xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına Bayraq Meydanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Amfiteatrla əhatələnmiş Bayraq Meydanı - FOTOLAR (YENİLƏNİB)

Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.

Amfiteatrla əhatələnmiş Bayraq Meydanı - FOTOLAR (YENİLƏNİB)Amfiteatrla əhatələnmiş Bayraq Meydanı - FOTOLAR (YENİLƏNİB)

Qeyd edək ki, Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)

"32gun.az" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına ev-muzeyində yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

​​​Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)

Bildirildi ki, Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılıb. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib.Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)

Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.

Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də yer alıb.Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)Üzeyir Hacıbəylinin ev-muzeyi bərpadan sonra - FOTOLAR (YENİLƏNİB)

 

İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.

Ev-muzeyində Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Beynəlxalq tədbirlər Xankəndinin Zəfər meydanında keçiriləcək - YENİLƏNİB

"32gun.az" xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.

Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.

Xankəndidə körpələr evi-uşaq bağçasının tutumu nə qədərdir? - YENİLƏNİB (FOTOLAR)

"32gun.az" xəbər verir ki, dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.Xankəndidə körpələr evi-uşaq bağçasının tutumu nə qədərdir? - YENİLƏNİB (FOTOLAR)Xankəndidə körpələr evi-uşaq bağçasının tutumu nə qədərdir? - YENİLƏNİB (FOTOLAR)Xankəndidə körpələr evi-uşaq bağçasının tutumu nə qədərdir? - YENİLƏNİB (FOTOLAR)

Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.

"32gun.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.

 

İlham Əliyev Xankəndi Dövlət Dram Teatrında olub - YENİLƏNİB (FOTO)

"32gun.az" xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir.

Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilib. Məlum olub ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyacı var.

Oxşar Xəbərlər