SİYASƏT
Əli Əhmədov vəzifəsindən azad olundu
Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
"32gun.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə 25 saylı Nizami ikinci Seçki Dairəsindən deputat seçilib.