DÜNYA ÖZ XƏBƏR

İsrail ancaq güc dilini başa düşür, diplomatiya iflasa uğradı

İsrail yalnız güc dilini başa düşür; Bu barədə oktyabrın 2-də İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, İranın ardıcıl olaraq Yaxın Şərq regionunda sülh və sabitliyin tərəfdarı olduğuna diqqət çəkib və dərhal atəşkəs və mülki əhalinin tələfatının qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edir.

“Bir ildən artıqdır ki, bu mövqeyimizi qoruyuruq. Lakin təcrübə göstərir ki, İsrail yalnız güc dilini başa düşür. Diplomatiya dəfələrlə uğursuzluğa düçar olub, çünki İsrail təmkinliliyə xoşməramlılıq jesti kimi deyil, istifadə oluna biləcək zəiflik kimi baxır”, - deyə İrəvani təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı təəssüflənib.

Həmin gün İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan edərək ölkəyə girişi qadağan edib. Nazirin bəyanatında deyilir: “İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmaq haqqına layiq deyil”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Quterreşin persona non qrata elan edilməsi İsrailin suveren hüququdur, lakin bu, sülh işinə kömək etməyəcək.

Ayxan 

Oxşar Xəbərlər