DÜNYA ÖZ XƏBƏR

"Tehran heç vaxt müharibə tələb etməyib"

İran heç vaxt müharibə tələb etməyib və etməyəcək.

32gun.az bildirir kimi, bunu "Rossiya 24" telekanalına müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib. 

Diplomat vurğulayıb ki, İran tərəfi həmişə atəşkəsə çağırıb.

Cəlali həmçinin İsrailə endirilən zərbələri uğurlu, İsrailin raket əleyhinə “Dəmir günbəz”ini isə “sızdıran” adlandırıb .

Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan etdi . Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə Hizbullah lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib .

İran İsrailə yüzlərlə raket ataraq Hizbullaha dəstək verib.

Ayxan 

Oxşar Xəbərlər