SOSIAL

Yüksək vəzifə verilən sabiq rəis görün kimdir

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində kadr təyinatı olub. 

32gun.az Oxu.Az-a istinadən xəbər verir ki, Saleh Abdullayev qurumun Regional Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Bundan əvvəl bu vəzifəni Saqif Ələkbərovun yerinə yetirib. 

Qeyd edək ki, Saleh Abdullayev “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bir neçə il əvvəl vəzifəsindən azad edilmişdi.

Oxşar Xəbərlər