ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makron ilə Ukraynadakı münaqişədəki son hadisələri müzakirə edib.
32gun.az bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.
İki lider arasında söhbət Rusiyanın “Oreşnik” raket sisteminin sınağından sonra baş tutub.
“Bayden Makronla beynəlxalq və ikitərəfli məsələlər barədə danışıb. Onlar Livanda atəşkəs razılaşması əldə etmək səyləri də daxil olmaqla, Ukrayna, eləcə də Yaxın Şərqdəki hadisələri müzakirə ediblər ”, - Ağ Evin bəyanatında deyilir.
Ayxan